Belçika Azerbaycan Dostluk cemiyeti'nin organize ettiği 'Nevruz (Bahar) Bayramı









NEVRUZ HABER
21 mart 2015-ci il tarixində Azərbaycan – Belçika Dostluq Cəmiyyəti və Belçikanın Ham şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ham şəhərində Novruz bayramı qeyd olunmuşdur. Tədbirdə Belçika – Boliviya Yardımlaşma Təşkilatı, Gent Türk Ocağı, Benilüks Türkmən Təşkilatı, eyni zamanda, Ham Bələdiyyəsi nəzdində fəaliyyət göstərən, Belçika, Hollandiya, Əlcəzir, Peru və Mərakeş Qruplarının rəhbər və üzvləri iştirak etmişlər.
Bayram tədbirində Ham şəhərinin Bələdiyyə rəisi Dirk De Vis, Azərbaycan – Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi, Ham Bələdiyyəsinin inteqrasiya şöbəsinin rəisi Yasemin Soysal və Bələdiyyə sədrinin müavinləri Samia Çikimi və Danielle Biesemans, Benilüks Türkmən Təşkilatının rəhbəri Menqli Rahimi, Gent Türk Ocağının sabiq rəhbəri Receb Tuncer Sarı çıxış etmiş və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmişlər. Səfirliyin I katibi Əli Əliyev tədbirdə çıxış edərək, Səfir F.İsgəndərovun tədbir iştirakçılarına təbrik mesajlarını çatdırmışdır.
Tədbirdə Azərbaycan musiqisi sədaları altında milli rəqslərimiz ifa edilmiş və bayram süfrəsi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz ailə üzvləri ilə birgə Bakıda Novruz şənliklərində iştirakı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbir Belçikada fəaliyyət göstərən VRT 2 radiokanalı, “Het Belang Van Limburg” qəzeti, “Belçika Haber” jurnalı və “BelTürk” xəbər portalında geniş şəkildə işıqlandırılmışdır. Keçirilmiş Novruz tədbiri Ham bələdiyyəsinin aylıq nəşrində də öz əksini tapacaqdır.
Önceki haberHERSTAL'DA DÃNYA TİYATROLAR GÃNÃ KUTLAMASI
Sıradaki haberBRÃKSELâDE NEVRUZ COŞKUSU YAŞANDI